AZ | EN


Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş Respublika elmi-praktiki konfrans başa çatıb

Image

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş “Müasir hərbi təhsil və hərb elminin inkişaf perspektivləri” adlı Respublika elmi-praktik konfransı başa çatıb.

Konfransda Hərbi İnstitutun, respublikanın ali təhsil müəssisələrinin 30-dan çox və aidiyyəti təşkilatların 120-dən çox professor-müəllim heyəti iştirak edib.

Əvvəlcə rəhbər heyət institutun ərazisindəki Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlərin Xatirə kompleksini ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Plenar iclasda öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub. 

Açılış nitqi ilə çıxış edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov konfrans iştirakçılarını salamlayıb, Ulu Öndər Heydər Əliyevin hərbi təhsil və hərb elminin inkişafı ilə bağlı atdığı məqsədyönlü işlər barədə danışıb.

Daha sonra “Heydər Əliyev və milli hərbi təhsil sisteminin formalaşması” mövzusunda videoçarx nümayiş etdirilib.

“Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil və elmin inkişaf perspektivləri” mövzusunda gedən panel müzakirələrdə Heydər Əliyev adına Hərbi İnstitutun və digər qurumlardan dəvət edilmiş professor-müəllim heyətlərinin çıxışları dinlənilib.

Elmi müzakirələrdən sonra tədbir bədii hissə ilə yekunlaşıb.








XƏBƏR ARXİVİ

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi