İlk zabit rütbəniz mübarək!
"Ehtiyat zabit hazırlığı kursu"nu uğurla başa vuraraq "leytenant" hərbi rütbəsinə layiq görülən bütün məzunları ürəkdən təbrik edirik.
İlk zabit rütbəniz Vətənə sədaqətlə xidmət edəcəyiniz şərəfli zabitlik yolunun başlanğıcı, eyni zamanda üzərinizə düşən böyük məsuliyyətin və göstərilən yüksək etimadın ifadəsidir.
Sizə hərbi xidmətinizdə yeni nailiyyətlər, uğurlar və peşəkar fəaliyyətinizdə davamlı müvəffəqiyyətlər arzulayırıq.




















