AZ | EN


Milli Müdafiə Universitetinin intellektual qabiliyyətli bölmələrinin əsgərləri “ADEX 2026” Beynəlxalq Müdafiə Sərgisinin təşkilində fəal iştirak ediblər

Image

Milli Müdafiə Universitetinin intellektual qabiliyyətli bölmələrinin əsgərləri “ADEX 2026” Beynəlxalq Müdafiə Sərgisinin təşkilində fəal iştirak ediblər.

Yüksək intellektual potensiala, çevik düşüncə və ünsiyyət bacarıqlarına malik əsgərlər xarici nümayəndə heyətlərinin qarşılanması və müşayiəti, qeydiyyat prosesinin təşkili, ziyarətçilərin məlumatlandırılması və istiqamətləndirilməsi, rəy sorğularının keçirilməsi, protokol və təşkilati dəstəyin göstərilməsi, eləcə də kommunikasiya və tanıtım fəaliyyətlərinin həyata keçirilməsinə cəlb olunublar.

Müxtəlif istiqamətlər üzrə həvalə olunan tapşırıqların operativ və məsuliyyətlə yerinə yetirilməsi intellektual qabiliyyətli bölmələrin şəxsi heyətinin bilik və bacarıqlarının yalnız hərbi xidmət çərçivəsində deyil, beynəlxalq səviyyəli tədbirlərin təşkilində də səmərəli tətbiq olunduğunu nümayiş etdirib.

“ADEX 2026” çərçivəsində göstərilən bu fəaliyyət Milli Müdafiə Universitetində intellektual potensialın aşkar olunmasına, inkişaf etdirilməsinə və məqsədyönlü şəkildə tətbiqinə verilən önəmin növbəti göstəricisidir.

“ADEX 2026” Beynəlxalq Müdafiə Sərgisinin təşkilinə göstərilən dəstəyə və intellektual qabiliyyətli bölmələrin əsgərlərinin fəal iştirakına görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Milli Müdafiə Universitetinə təşəkkürümüzü bildirir, intellektual qabiliyyətli bölmələrin əsgərlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.







XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi