AZ | EN


“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

Image

Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən “Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi təşkil olunub.
Tədbirdə kursu uğurla başa vuran zabitlər Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edilib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulanıb.
Kurs müddətində iştirakçılara təlimatçı bacarıqlarının formalaşdırılması, kollektivin səmərəli idarə olunması və komanda ruhunun inkişaf etdirilməsi istiqamətində nəzəri və praktiki məşğələlər keçirilib.
Kurs iştirakçıları yaradılmış şəraitə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.








XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi