AZ | EN


Briqada səviyyəsində tibbi təminatın planlaşdırılması və idarə edilməsi üzrə təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda “Briqada tibbi təminatının idarə edilməsi” üzrə təkmilləşdirmə kursunun ilk buraxılış mərasimi keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə kursu müvəffəqiyyətlə başa vuran zabitlər təbrik edilib, onlara gələcək xidmətlərində uğurlar arzulanıb. Çıxışlarda peşəkar hərbi kadrların hazırlanmasında təkmilləşdirmə kurslarının əhəmiyyəti vurğulanıb, tibbi təminatın səmərəli təşkili və yaralı hərbi qulluqçulara vaxtında tibbi yardım göstərilməsinin Ordunun döyüş qabiliyyətinin artırılmasındakı rolu qeyd olunub.

Kursu birinciliklə başa vuran zabit məzunlar adından çıxış edərək tədris müddətində yaradılan şəraitə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Sonda məzunlara sertifikatlar təqdim olunub.









XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi