AZ | EN


Azərbaycan-Türkiyə-Gürcüstan MMU-ları rektorlarının üçtərəfli görüşü keçirilib

Image

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə və Gürcüstanın müdafiə nazirlikləri arasında mövcud olan qarşılıqlı əməkdaşlıq planlarına əsasən, Bakı şəhərində üç ölkənin Milli Müdafiə Universitetlərinin (MMU) rektorlarının rəhbərlik etdikləri nümayəndə heyətləri arasında üçtərəfli görüş keçirilib.

Əvvəlcə qonaqlar Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, şəhidlərin məzarları üzərinə gül dəstələri qoyaraq onların xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra MMU-nun rektoru general-mayor Gündüz Əbdülov nümayəndə heyətləri ilə görüşüb. Görüşdə Azərbaycanın hərbi təhsil sistemində həyata keçirilən islahatlar və onların müsbət nəticələrindən danışılıb, beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə qonaqlara ətraflı məlumat verilib.

Görüş zamanı üç ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlığın inkişafında bu cür üçtərəfli görüşlərin əhəmiyyəti vurğulanıb. Həmçinin qarşıdakı illərdə hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi və birgə fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə üçtərəfli tədbirlərin planlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyətləri MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri institutun “Şərəf kitabı”na ürək sözlərini yazaraq göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.








XƏBƏR ARXİVİ

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi