AZ | EN


Gürcüstan Müdafiə Qüvvələrinin komandanı Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib

Image

Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-leytenant Giorgi Matiaşvili və onu müşayiət edən nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.

Qonaqlara Milli Müdafiə Universitetində və Hərbi Liseydə təhsil sistemi, tədris prosesinin təşkili və hərbi kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səfər zamanı nümayəndə heyəti Heydər Əliyev Muzeyi ilə tanış olub. Muzeydə qonaqlara Ulu Öndər Heydər Əliyevin hərbi təhsil sisteminin formalaşması və inkişafındakı tarixi xidmətləri barədə məlumat verilib.

Sonda general-leytenant Giorgi Matiaşvili Hərbi Liseyin “Şərəf kitabı”na ürək sözlərini yazaraq göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.









XƏBƏR ARXİVİ

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi