AZ | EN

Hərbi attaşelər Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseyi ziyarət ediblər - VİDEO

Image

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.

Səfərdə 19 ölkəni təmsil edən hərbi attaşelik aparatlarının 35 nümayəndəsi iştirak edib.

Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, zəngin dövlətçilik irsi barədə onlara məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-mayor Kənan Seyidov xarici dövlətlərin hərbi attaşeləri ilə görüşüb. Səfər iştirakçılarına ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı brifinq təqdim olunub, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
Qonaqlar ƏÜO-nun Təlim və Tədris Mərkəzində olub, müxtəlif sinif otaqları, simulyasiya mərkəzi və trenajorlar zalı ziyarət edilib.
Hərbi attaşelər, həmçinin Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseyi ziyarət edib, xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri ilə tanış olublar.

Daha sonra qonaqlar Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinə aparılıb.

Sonda hərbi attaşelərin tarixi-mədəniyyət abidələrinə ekskursiyası təşkil olunub.










XƏBƏR ARXİVİ

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi