AZ | EN


Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib - VİDEO

Image

27 Sentyabr – Anım Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və digər hərbi qulluqçuları Hərbi Memorial Məzarlığı və Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş Vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi yad edilib.
General-polkovnik Zakir Həsənov 44 günlük Vətən müharibəsini simvolizə edən abidənin və “Əbədi məşəl” abidə kompleksinin önünə gül çələngləri qoyub, şəhidlərimizin xatirəsinə ehtiram göstərib.
Sonra nazirliyin rəhbər heyəti və digər hərbi qulluqçular Zəfər parkını ziyarət edib. Burada şəhidlərə ehtiram əlaməti olaraq Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Tədbirlər çərçivəsində müdafiə naziri general-polkovnik Z.Həsənov və digər rəhbər şəxslər şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıblar. Görüşlərdə şəhid ailələri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.









XƏBƏR ARXİVİ

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi