Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR

Milli Müdafiə Universiteti cari ilin 12-30 may tarixlərində “Ehtiyat zabit hazırlığı kursu”na sənəd qəbulu elan edir. “Ehtiyat zabit hazırlığı kursu”na ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının 35 yaşınadək kişi cinsli (“psixoloq” hərbi ixtisası üzrə kişi və qadın cinsli) vətəndaşları müraciət edə bilərlər.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir və Hərbi Həkim Komissiyasının qərarına əsasən zabitlərin həqiqi hərbi xidmətinə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu nəzərə alınmaqla kursa qəbul edilirlər.
mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Ehtiyat zabit hazırlığı kursu” hissəsində hərbi uçot ixtisaslarının ali ixtisaslara uyğunluğu barədə ətraflı məlumat əldə etmək mümkündür.
Tələb olunan sənədlər:
- kursa qəbul olunmaq barədə ərizə;
- anket forması;
- tərcümeyi-hal (1 nüsxədə);
- təhsil haqqında sənədin surəti (1 nüsxədə);
- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (Təhsildə Keyfiyyət Təminatı Agentliyi) tərəfindən verilmiş şəhadətnamənin (tanınma şəhadətnaməsi) notarial qaydada təsdiq edilmiş surəti;
- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
- yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);
- əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);
- şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);
- sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);
- həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);
- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);
- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə);
- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
İmtiyazlar:
Kurs müddətində
- əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana), həmçinin aylıq pul təminatı;
- kursu müvəffəqiyyətlə bitirən məzunlara “leytenant” hərbi rütbəsinin verilməsi.
Xidmət müddətində
- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;
- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;
- ailə üzvləri üçün güzəştli tibbi təminat;
- güzəştli ipoteka krediti;
- Azərbaycan Ordusunda 20 təqvim ili qüsursuz xidmət etdikdə dövlət hesabına mənzillə təmin olunması;
- karyerada inkişaf.
Qeyd:
- müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Ehtiyat zabit hazırlığı kursu” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola bilərlər;
- məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
Əlaqə məlumatları:
Telefon: (012) 404-18-45
Çağrı mərkəzi: *0811
E-poçt: admission@mmu.edu.az
Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13. AZ1065