AZ | EN

Milli Müdafiə Universitetinin rektoru və nümayəndə heyəti Yunanıstanda keçirilən “Müdafiə universitetlərinin rəhbərlərinin konfransı”nda iştirak edir

Image

Milli Müdafiə Universitetinin rektoru və nümayəndə heyəti 13–16 may tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “Müdafiə universitetlərinin rəhbərlərinin konfransı”nda iştirak edir.

1972-ci ildən bəri keçirilən bu konfrans NATO üzvü olan ölkələrin ali hərbi təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, strateji səviyyədə təhsil sahəsində qarşılıqlı fəaliyyət imkanlarının artırılması və hərbi təhsildə müasir yanaşmaların müzakirəsi üçün vacib platformadır.

Bu ilki konfransın əsas mövzusu – Süni intellektin ali hərbi təhsildə roludur. Müasir təhlükəsizlik çağırışları fonunda təlim-tədris sisteminin transformasiyası, qərarvermə proseslərinin optimallaşdırılması və əməliyyat effektivliyinin artırılması baxımından strateji əhəmiyyət kəsb edir.

Konfrans çərçivəsində süni intellektin hərbi təhsilə inteqrasiyasının həm potensial üstünlükləri, həm də mövcud məhdudiyyətləri müzakirə ediləcək. Məqsəd – gələcək hərbi liderləri ən müasir bilik və vasitələrlə təchiz etməkdir.

Hazırda keçirilən Konfransda NATO-ya üzv ölkələrlə yanaşı, tərəfdaş ölkələrin nümayəndələri də iştirak edirlər.







XƏBƏR ARXİVİ

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi