AZ | EN

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “İdarəetmə akademik kurs”a qəbul ELAN EDİR

Image

Milli Müdafiə Universiteti cari ilin 14-25 may tarixlərində “İdarəetmə akademik kurs”a elektron sənəd qəbulu elan edir.

“İdarəetmə akademik kurs”u Azərbaycan Ordusunun qoşun (qüvvə) növü və birlik qərargahlarında əməliyyatların idarə olunması və qərargah fəaliyyətlərinin həyata keçirilməsi üzrə zabitlərin hazırlanması məqsədilə 1 il müddətinə əyani formada təşkil olunacaqdır.

Kursa baş zabit vəzifələrində xidmət edən hərbi qulluqçular müraciət edə bilər.

Qəbul olmuş namizədlər sırasından xarici ölkələrdə təşkil olunacaq ekvivalent kurslara göndərilməsi nəzərdə tutulur.

Kursa qəbul imtahanlarının tarixi və yeri barədə məlumat namizədlərə rəsmi qaydada bildiriləcəkdir.

mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “İdarəetmə akademik kurs” hissəsində ətraflı məlumat əldə etmək mümkündür.

Əlaqə məlumatları:

Telefon: (012) 404-18-45

Çağrı mərkəzi: *0811

E-poçt: admission@mmu.edu.az

Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13. AZ1065







XƏBƏR ARXİVİ

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi