AZ | EN

Bakı Hərbi Kollecinin kursantları Azərbaycan Milli İncəsənət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini ekskursiya ediblər

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində kursantların hərtərəfli inkişafı, intellektual dünyagörüşlərinin genişləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq kollecin kursantları Azərbaycan Milli İncəsənət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini ekskursiya ediblər.
Ekskursiyanın məqsədi gənclərdə milli mədəni irsimizə, incəsənətə və tarixə marağın artırılması, onların estetik zövqünün formalaşdırılması, həmçinin vətənpərvərlik hisslərinin gücləndirilməsi olub.
Tədbirlər çərçivəsində Milli İncəsənət Muzeyinə ekskursiya zamanı kursantlara muzeyin zəngin ekspozisiyası haqqında geniş məlumat verilib, Azərbaycan təsviri sənətinin müxtəlif dövrlərini əhatə edən qiymətli eksponatlar nümayiş edilib.
Muzeyin bələdçisi kursantlara milli və dünya incəsənətinə dair nümunələri təqdim edərək onların mənəvi dünyasının zənginləşməsinə töhfə verib. Kursantlar, xüsusilə, Azərbaycanın klassik rəssamlarının əsərləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər, eyni zamanda muzeyin müasir texnologiyalarla təchiz olunmuş ekspozisiya zallarında interaktiv təqdimatlarda iştirak ediblər.
Azərbaycan İstiqlal Muzeyini ziyarət edən kursantlara muzeyin ekspozisiyası təqdim olunub, o dövrə aid rəsmi sənədlər, hökumət üzvlərinin şəxsi əşyaları, fotoşəkillər nümayiş edilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və müstəqillik uğrunda aparılan mübarizələr haqqında geniş məlumat verilib.
Bu cür ekskursiyalar gənclərin dünyagörüşünün genişləndirilməsi, mənəvi və mədəni baxımdan kamil şəkildə formalaşması, eləcə də tariximizə və mədəniyyətimizə yaxından bələd olmaları istiqamətində geniş zəmin yaradır.








XƏBƏR ARXİVİ

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi