AZ | EN

Bakı Hərbi Kollecinin kursantlarının təcrübə mərhələsinə start verilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin 2-ci kursunda təhsil alan kursantlar tədris prosesinin təqvim qrafikinə uyğun olaraq hərbi hissə, müəssisə və təşkilatlarda təcrübə prosesinə başlayıblar.
Təcrübənin məqsədi kursantların nəzəri biliklərini praktiki bacarıqla möhkəmləndirmək, dərs prosesində öyrəndikləri hərbi bilikləri real qoşun şəraitində tətbiq etmək və gələcək peşəkar gizir kimi formalaşmalarını təmin etməkdir.
Təcrübə hər bir ixtisas üzrə hazırlanmış proqramlara uyğun olaraq həyata keçirilir.
Təcrübənin sonunda müvəffəqiyyət qazanan kursantlara “subbakalavr” peşə ixtisas dərəcəsi, sertifikat, döş nişanı, ixtisas üzrə 3-cü məharət dərəcəsi və “gizir” hərbi rütbəsi veriləcək.









XƏBƏR ARXİVİ

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi