AZ | EN

Naxçıvan Hərbi Kollecinin komandası birinci yerə layiq görülüb

Image

22 may 2025-ci il tarixində, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhərində ali və orta ixtisas təhsili müəssisələri və liseylərin komandaları arasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə futzal üzrə şəhər birinciliyi keçirilib.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin komandası birincilikdə iştirak edib və daha inamla mübarizə apararaq birinci yerə layiq görülüb.

Qalib komanda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev tərəfindən diplomla mükafatlandırılıb.

Bu uğur, gənclərdə vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin təşviqi baxımından mühüm addımlardan biridir.

Milli Müdafiə Universiteti olaraq Naxçıvan Hərbi Kollecinin şəxsi heyətini təbrik edir, gələcəkdə daha yüksək nəticələr əldə etmələrini arzulayırıq.








XƏBƏR ARXİVİ

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi