AZ | EN


MMU-da NATO-nun təhsil üzrə ekspert qrupunun görüşləri keçirilib

Image

NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" (DEEP) çərçivəsində ölkəmizdə səfərdə olan hərbi təhsil üzrə ekspert qrupu Milli Müdafiə Universiteti (MMU) və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində görüşlər keçirib.

Əvvəlcə MMU-da keçirilən görüşdə cari il üzrə hərbi təhsil sahəsində görülən işlər təhlil edilib, perspektivdə duran məsələlər müzakirə olunub.

Səfər çərçivəsində NATO nümayəndə heyəti, həmçinin MMU-nun Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi Tibb Fakültəsində olublar. Qonaqlara brifinqlər təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Keçirilən görüşlər zamanı xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunan hərbi təhsil proqramları ilə bağlı zəruri məlumatlar verilib, əvvəlki görüşlərdə müzakirə edilmiş mövzuların cari vəziyyəti təhlil edilib, təhsil proqramlarının inkişafı ilə bağlı təkliflər dinlənilib, pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, elektron tədris sisteminin təşkili və perspektivdə duran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.










XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi