AZ | EN


Şagirdlərin Hərbi Liseyləri ziyarəti davam edir

Image

Bakı şəhəri Xətai rayonunda yerləşən 191 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.

Ziyarətin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, hərbi təhsilin mahiyyəti barədə məlumatlandırma və onların gələcək peşə seçimində istiqamət vermək olub.

Ziyarət zamanı məktəblilər liseyin maddi-texniki bazası, tədris prosesi, yataqxana və məşq meydançaları ilə tanış olublar. Şagirdlərə Hərbi Liseyin tarixi, məzunlarının uğurları və Azərbaycan Ordusunun formalaşmasında oynadığı mühüm rol haqqında geniş məlumat verilib.

Daha sonra Hərbi Liseyin nümayəndələri şagirdlərlə görüş keçirib, onları maraqlandıran suallar cavablandırılıb və hərbi təhsilin əhəmiyyəti barədə danışaraq, bu sahədə təhsil almaq istəyən gənclərə tövsiyələr veriblər.

Görüş şagirdlərdə böyük maraq doğurub və onların bir çoxu gələcəkdə hərbçi olmağı arzuladıqlarını bildiriblər.









XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi