AZ | EN


Cəmşid Naxçıvanski adına Hərbi Liseydə xalq artisti Rasim Balayevlə görüş keçirilib

Image

Azərbaycanın görkəmli kino aktyoru, xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə görüşü keçirilib.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Azərbaycan Respublikasının Dövlət Himni canlı ifa olunub.
Liseyin rəisi, Vətən müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev çıxış edərək görüşün əhəmiyyətindən danışıb, Rasim Balayevin Azərbaycan mədəniyyətində və gənclərin vətənpərvər ruhda formalaşmasında oynadığı mühüm rolu vurğulayıb.
Rasim Balayev kursantlar və zabit-müəllim heyəti ilə səmimi və maraqlı söhbət aparıb. O, Azərbaycan kinosu, milli obrazlar, qəhrəmanlığı və vətənpərvərliyi təbliğ edən filmlərin əhəmiyyətindən danışıb, auditoriyanın istəyilə böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin “Neylərəm” qəzəlini səsləndirib.
Görüş zamanı xalq artistinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda Rasim Balayevə gül buketi və liseyin xatirə plaketı təqdim olunub, iştirakçılarla xatirə şəkli çəkdirilib.









XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi