AZ | EN


Hərbi İdarəetmə İnstitutunda "Çin dili" kursunun buraxılış mərasimi keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində "Çin dili" kursunu uğurla başa vuran hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.

Mərasimdə Hərbi İdarəetmə İnstitutunun rəhbər heyəti ilə yanaşı, Çin Xalq Respublikasının Azərbaycandakı hərbi attaşesi baş polkovnik Sonq Jun (SONG JUN), Bakı Dövlət Universitetinin tabeliyində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Vanq Haotsyanq (WANG HAOGİANQ) və Çin dili kursunun müəllimi Fanq Şuyan (FANG SHUYAN) da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hərbi İdarəetmə İnstitutunun rektorunun elm və tədris üzrə müavini 1-ci dərəcəli kapitan Əsəd Rüstəmov müasir dövrdə xarici dillərin, xüsusilə Çin dilinin öyrənilməsinin əhəmiyyətindən danışaraq kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçuları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Daha sonra Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi baş polkovnik Sonq Jun kursun təşkilinə və keçirilməsinə görə Hərbi İdarəetmə İnstitutunun rəhbər, professor-müəllim və zabit heyətinə minnətdarlığını bildirib. Həmçinin çıxışlarda bu cür kursların iki dövlət arasında hərbi əlaqələrin genişlənməsində vacib rolu olduğu vurğulanıb, Azərbaycan Ordusunun şəxsi heyətinin xarici dillərə marağı yüksək qiymətləndirilib.

Çin dili kursunun təşkilinin iki ölkə arasında hərbi-təhsil sahəsində uğurlu əməkdaşlıq nümunəsi olduğu, bu cür təşəbbüslərin şəxsi heyətin peşəkar inkişafına, eləcə də ölkələrarası dostluğun və tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyi qeyd olunub.

Mərasimin sonunda kursu müvəffəqiyyətlə başa vurmuş hərbi qulluqçulara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi