AZ | EN


Milli Müdafiə Universitetinin nümayəndə heyəti Türkiyə Milli Müdafiə Universitetinin Xarici dillər üzrə tədris müəssisələrini ziyarət edib

Image

Milli Müdafiə Universitetinin nümayəndə heyəti Türkiyə Milli Müdafiə Universitetinin Xarici dillər üzrə tədris müəssisələrini ziyarət edib

Türkiyə Azərbaycan Yüksək Dialoq İclasının protokoluna əsasən Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzi və Heydər Əliyev adına Hərbi İnstitutun nümayəndələri 16-19 iyun 2025-ci il tarixlərdə Türkiyə və Azərbaycan arasında hərbi təhsil sahəsindəki əməkdaşlığı gücləndirmək və xarici dillərin öyrənilməsi üzrə təcrübə mübadiləsi məqsədilə Türkiyə Milli Müdafiə Universitetinin Xarici Dillər üzrə tədris müəssisələrini ziyarət edib.

Ziyarət zamanı heyət İstanbul və İzmir şəhərlərindəki müvafiq tədris müəssisələrində olub, burada yaradılmış tədris şəraiti, mövcud imkanlar və dərslərin planlama prosesi ilə tanış olub və nümunəvi dərslərdə iştirak edib. Daha sonra təcrübə mübadiləsi aparılıb və gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Səfər, qarşılıqlı əməkdaşlığın inkişafı yolunda əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilib.









XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi