AZ | EN


Kursantlarımız “Aybın - 2025” hərbi-vətənpərvərlik toplanışında iştirak edirlər

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir qrup kursant və müəllim heyəti Aktobe şəhərində keçirilən “Aybın - 2025” (“Şücaət - 2025”) beynəlxalq hərbi-vətənpərvərlik toplanışında iştirak etmək üçün Qazaxıstanda səfərdədir.

Qazaxıstan Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri İnstitutunda təşkil olunan tədbirdə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiyadan 14-17 yaşlı gənclər iştirak edir.

Plana uyğun olaraq, gənclər intellektual, hərbi-taktiki səhra oyunları, yaradıcılıq və robototexnika üzrə yarışlarda güc, bilik və bacarıq nümayiş etdirəcəklər.

Toplanış çərçivəsində, həmçinin hərbçilər tərəfindən təmsil etdikləri xalqların mədəniyyətini əks etdirən proqramlar, ekspozisiyalar nümayiş olunacaq.

Tədbirin məqsədi gənclərdə hərbi-vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, hərbi və fiziki hazırlığın, həmçinin psixoloji dayanıqlığın artırılmasıdır.

“Aybın - 2025” beynəlxalq hərbi-vətənpərvərlik toplanışı iyunun 28-dək davam edəcək.










XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi