AZ | EN


Heydər Əliyev adına Hərbi İnstitutda “Qanımızla yaşadaq” adlı qanvermə aksiyası keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan Qan Donorluğu İnkişaf Mərkəzinin, Respublika Qan Bankının və Milli Müdafiə Universitetinin birgə təşkilatçılığı ilə “Qanımızla yaşadaq” adlı qanvermə aksiyası və eyni adlı konsert tədbirlər həyata kecirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan, Hərbi İnstitutu bitirən zabitlərdən söz açıb, keçirilən qanvermə aksiyasının humanitar və mənəvi əhəmiyyətindən bəhs edib.

Azərbaycan Qan Donorluğu İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul çıxışında qan donorluğu mədəniyyətinin təbliği, irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərə göstərilən dövlət qayğısı və bu missiyada hərbi qulluqçuların xüsusi rolunu vurğulayıb. Tədbirin təşkilinə xüsusi diqqət ayıran Milli Müdafiə Universitetinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Sonra şəxsi heyət könüllü olaraq qanvermə aksiyasında iştirak edib.

Tədbirin bədii hissəsində incəsənət xadimləri tərəfindən vətənpərvərliyi tərənnüm edən mahnılar ifa edilib və maraqlı kompazisiyalar təqdim olunub.

Sonda xatirə şəkilləri çəkilib.









XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi