AZ | EN


Naxçıvan Hərbi Kollecində İngilis dili kursunun buraxılış mərasimi keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində intensiv ingilis dili kursunun buraxılış mərasimi keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Hərbi Kollecinin rəisi polkovnik-leytenant Yaşar Hüseynov çıxış edərək kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra kursun rəhbəri və kursu müvəffəqiyyətlə başa vuran kurs birincisi çıxış edərək kursla bağlı təəssüratlarını bölüşüblər.

Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.









XƏBƏR ARXİVİ

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi