Türkiyədə təhsil imkanları ilə bağlı abituriyentlərlə görüş keçiriləcək

Hörmətli abituriyentlər,
16 iyul tarixində Türkiyə Milli Müdafiə Universitetinin hərbi təhsil müəssisələrinə, həmçinin Gülhanə Tədris və Araşdırma Xəstəxanasının Hərbi Tibb ixtisası üzrə təhsil imkanları ilə bağlı görüş keçiriləcəkdir.
Görüş zamanı Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri tərəfindən Quru Qoşunları Ali Hərbi Məktəbi (Kara Harp Okulu), Hava Qüvvələri Ali Hərbi Məktəbi (Hava Harp Okulu), Dəniz Qüvvələri Ali Hərbi Məktəbi (Deniz Harp Okulu) və Gülhanə Tədris və Araşdırma Xəstəxanasının Hərbi Tibb ixtisası barədə təqdimat olunacaq, qəbul şərtləri barədə ətraflı məlumat veriləcək.
Görüşdə, Dövlət İmtahan Mərkəzi tərəfindən I, II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında 450 və daha yüksək, IV ixtisas qrupu üzrə isə 600 və daha yüksək bal toplamış, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini başa vurmuş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan abituriyentlərin iştirakı nəzərdə tutulur.
Hərbi ixtisaslarla yanaşı verilən müvafiq ali peşə-ixtisasları :
- Aerokosmik mühəndislik;
- Kompüter mühəndisliyi;
- Elektrik və elektronika mühəndisliyi;
- Mexanika mühəndisliyi;
- Radiotexnika və telekommunikasiya mühəndisliyi;
- Sənaye mühəndisliyi;
- İnşaat mühəndisliyi;
- Gəmi inşaatı və gəmi mexanikası mühəndisliyi;
- Müdafiə fəaliyyətləri (menecment);
- Beynəlxalq münasibətlər;
- Tarix.
İmtiyazlar:
- 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;
- 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;
- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;
- 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;
- təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (Yataqxana, qidalanma, xüsusi geyim forması və s.);
- ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması.
Yuxarıda göstərilən meyarlara cavab verən namizədlərin qeyd olunan keçid (https://forms.gle/UfsrjioSg9bLaKZx9) vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.