AZ | EN


Milli Müdafiə Universiteti Türkiyə Tibb Elmləri Universiteti, Türkiyə Milli Müdafiə Universiteti və Azərbaycan Tibb Universitetinin aşağıdakı ixtisasları üzrə tələbə qəbulu elan edir

Image

Cari ildə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanından 600 və daha yuxarı, I, II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarından 450 və daha yuxarı bal toplamış və təhsillərini aşağıda qeyd olunan ali təhsil müəssisələrində davam etdirmək istəyən kişi cinsli abituriyentlər 29 avqust 2025-ci il tarixindək Heydər Əliyev adına Hərbi İnstituta müraciət edə bilərlər:

IV ixtisas qrupu:

Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tədris Araşdırma Xəstəxanasında “Hərbi tibb” ixtisası üzrə;

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində “Hərbi tibb”, “İctimai Səhiyyə” və “Əczaçılıq” ixtisasları üzrə boş qalan plan yerləri.

I, II və III ixtisas qrupu:

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları üzrə ali hərbi təhsil müəssisəsində (Ankara şəhəri) I, II və III ixtisas qruplarından müraciət edənlər üçün;

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üzrə ali hərbi təhsil müəssisələrində (İstanbul şəhəri) I ixtisas qrupundan müraciət edənlər üçün.







XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi