AZ | EN


Bakıda "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu" keçirilir

Image

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunda Müdafiə Nazirliyi və digər dövlət qurumlarının, eləcə də qardaş ölkələr - Türkiyə və Pakistandan olan nümayəndələrin iştirakı ilə “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu" keçirilir.

Kursun ilk günündə MMU rektoru general-mayor Gündüz Əbdülov dinləyicilərlə görüşüb, Müdafiə Nazirliyinin rəhbərliyi, eləcə də öz adından onları təbrik edib və tədrisdə uğurlar arzulayıb.

MMU rektoru akademik kursda iştirak edən türkiyəli və pakistanlı dinləyiciləri də salamlayaraq, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi əməkdaşlığının dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirib, bu müttəfiqliyin hər üç ölkədə hərbi təhsilin inkişafına verdiyi faydalara toxunub.

General-mayor G.Əbdülov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ordumuzun hərbi təhsil sistemində qabaqcıl dünya təcrübəsinə və milli hərbi-strateji maraqlara əsaslanan yeniliklərin tətbiq olunduğunu, belə kursların zabitlərin peşəkarlığının artırılmasında mühüm rol oynadığını əminliklə bildirib. Rektor, həmçinin keçirilən kursun Müdafiə Nazirliyinin digər dövlət qurumları ilə qarşılıqlı əlaqələrinin güclənməsinə və birgə fəaliyyətlərinin təkmilləşdirilməsinə töhfə verəcəyini xüsusi vurğulayıb.

Qeyd edək ki, dinləyicilərə tədris müddətində beynəlxalq münasibətlərin, qlobal təhlükəsizliyin, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mühazirələr oxunacaq, qrup çalışmaları və praktiki təcrübələr keçiriləcək.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi