Strateji Araşdırmalar və Dövlət Müdafiəsi İdarəetmə Akademik Kursunun dinləyiciləri “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı kibertəhlükəsizlik festivalında iştirak edib
Milli Müdafiə Univesitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun rəhbər heyəti və Strateji Araşdırmalar və Dövlət Müdafiəsi İdarəetmə Akademik Kursunun dinləyiciləri 9-10 oktyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində təşkil olunmuş “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı kibertəhlükəsizlik festivalında iştirak edib.
Festivalın təşkil olunmasında əsas məqsəd dövlət, özəl sektor, təhsil müəssələri və beynəlxalq tərəfdaşlar arasında vacib müzakirələr üçün dəyərli platformanın möhkəmləndirilməsi, kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsi olub.
Festivalda iştirak edənlərə “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması, kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən 10 təqdimat və 5 panel müzakirəsi, Azərbaycanda ilk kiberməktəbin “Hack The Future 2” proqramı üzrə 6 ödənişsız təlim və kibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyaları birləşdirən kibertəhlükəsizlik həlləri sərgisi ilə tanışlıq imkanı yaradılıb.
Ümumilikdə “CIDC-2025” ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və dövlət–özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.










