AZ | EN


Naxçıvan Hərbi Kollecinin kursantları tarixi abidələri ziyarət edib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində gənc kursantların dünyagörüşünün genişləndirilməsi və milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi məqsədilə müəllim heyəti və Azərbaycanın müxtəlif bölgələrindən yeni qəbul olunmuş kursantlar üçün Naxçıvan şəhərinin tarixi-mədəni məkanlarına səfər təşkil edilib.

Səfər zamanı kursantlar şəhərin tarixi abidələrini, muzeylərini və mühüm obyektlərini ziyarət edib, memorial komplekslərdə xalqımızın qəhrəmanlıq səhifələri ilə yaxından tanış olublar.

Gənc kursantlar üçün xüsusi əhəmiyyət kəsb edən bu maarifləndirici tur, onların vətənpərvərlik ruhunun gücləndirilməsi və milli kimliklərinin möhkəmləndirilməsində mühüm rol oynayır.








XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi