AZ | EN


Naxçıvan Hərbi Kollecinin kursantları praktiki məşğələlərə cəlb olunub

Image

13 oktyabr 2025-ci il tarixdə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları üçün Naxçıvan şəhərində yerləşən Hərbi Bərpa İstehsalat Kompleksində Hərbi Kollecin “Nəqliyyat vasitələrinin istismarı” ixtisası üzrə praktiki məşğələ keçirilib.

Məşğələ zamanı kursantlara hərbi texnikanın texniki qulluq və istismar qaydaları, nəqliyyat vasitələrinin bərpası, ehtiyat hissələrinin dəyişdirilməsi, texniki baxışın təşkili və təhlükəsizlik tədbirləri barədə əyani məlumatlar təqdim olunub. Kursantlar hərbi texnikanın texniki vəziyyətinin yoxlanılması, nasazlıqların aradan qaldırılması və baxım prosesində bilik və bacarıqlarını praktik olaraq möhkəmləndiriblər.

Müvafiq ixtisaslarla praktik məşğələlər tədris planına uyğun şəkildə həyata keçiriləcək.








XƏBƏR ARXİVİ

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi