AZ | EN


Heydər Əliyev adına Hərbi İnstitutda intellektual bilik yarışması-viktorina keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda 2-ci kursant taborunun və NATO/Sülh naminə tərəfdaşlıq və Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə "44 gün - Qələbəyə aparan yol" adlı intellektual bilik yarışması-viktorina keçirilib.

Viktorinanın məqsədi kursantların intellektual bilik səviyyələrinin yüksəldilməsi, komandada işləmək bacarıqlarının artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi olub.

Viktorinada Hərbi İnstitutun kursantlarından ibarət "Qartal", "Topçular", "Zirvə"və "Zəfər" adlı komandalar Humanitar fənlər üzrə sualları cavablandırıblar.

Gərgin mübarizə şəraitində keçən viktorina münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Komandalar arasında "Topçular" komandası daha fəal iştirak edərək viktorinanın qalibi olub.

Sonda qalib komanda və viktorinanın fəalları Hərbi İnstitutun rəhbərliyi tərəfindən qiymətli hədiyyə və fəxri fərmanla təltif ediliblər.









XƏBƏR ARXİVİ

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi