AZ | EN


Naxçıvan Hərbi Kollecində hərbi ixtisas dərsləri praktiki müstəvidə tədris edilir

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin II kursunda təhsil alan kursantların hərbi ixtisas fənləri üzrə tədris prosesinin səmərəliliyinin artırılması məqsədilə hərbi müəssisələrdə praktiki məşğələlər həyata keçirilir.

Keçirilən məşğələlər zamanı kursantlar hərbi xidmətin müxtəlif sahələri ilə yaxından tanış olur, ixtisaslarına uyğun olaraq bilik və bacarıqlarını real şəraitdə tətbiq etmə imkanı qazanırlar. Tədrisin bu forması kursantlarda məsuliyyət hissinin, kollektivdə işləmək bacarığının və operativ qərarvermə qabiliyyətinin formalaşmasına xidmət edir.

Naxçıvan Hərbi Kollecində həyata keçirilən bu cür praktiki dərslər kursantların nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, onların gələcək xidməti fəaliyyətlərində daha peşəkar, müasir tələblərə cavab verən hərbi qulluqçu kimi yetişmələrinə mühüm töhfə verir.









XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi