AZ | EN


Heydər Əliyev adına Hərbi İnstitutda lV respublika elmi konfransı keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda "8 Noyabr - Zəfər Günü"nün 5-ci ildönümünə həsr edilmiş lV respublika elmi konfransı keçirilib.

Konfransda Hərbi İnstitutun rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, eyni zamanda, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və digər qonaqlar iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda açılış nitqi ilə çıxış edən Hərbi İnstitutun rektoru polkovnik Ümüdvar Quliyev iştirakçıları salamlayıb, onları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib.

Daha sonra o konfransın məqsədinə toxunaraq, onun professor-müəllim və kursant heyətinin elmi fəaliyyətində rolunu dəyərləndirib.

Konfransın planına uyğun olaraq İnstitutun professor-müəllim heyətinin iştirakı ilə panel müzakirə təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra konfransda istirak edən şəhid ailələrinin çıxışları dinlənilib.

Sonda Zəfər Gününə həsr edilmiş hərbi vətənpərvərlik mövzularında şeir və mahnılar nümayiş edilib, xatirə şəkilləri çəkilib.








XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi