AZ | EN

Şagirdlər Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib

Image

Xətai rayonununda yerləşən 191 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri və müəllim heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.

Qonaqlar Hərbi Liseyin rəhbərliyini, müəllimləri və kursantları 8 Noyabr - Zəfər Günü və qələbəmizin 5-ci ildönümü münasibətilə təbrik ediblər.

Daha sonra qonaqlar liseydə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara böyük maraqla tamaşa ediblər.

Ziyarətin planına uyğun olaraq qonaqlar Hərbi Liseyin 44 günlük Vətən Müharibəsində şəhid olmuş 120 məzununun əziz xatirəsinə yaradılmış muzeyi də ziyarət ediblər.

Ziyarət zamanı qonaqlara liseyin tarixi, tədris prosesi və hərbi-intizam qaydaları barədə ətraflı məlumat verilib.

Mehriban və səmimi mühitdə keçən görüş qonaqlarda dərin təəssürat yaradib və onlar yaradılmış şəraitə görə liseyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ziyarətin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, hərbi xidmətə marağın artırılması və gənclərdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması olub.









XƏBƏR ARXİVİ

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi