AZ | EN


Kursantlar Qobustan Muzeyini ziyarət edib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun bir qrup müəllim və kursant heyəti Qobustan Milli Tarix–Bədii Qoruğunun ərazisində yerləşən Qobustan Muzeyinə səfər ediblər.

Səfər çərçivəsində iştirakçılar muzeydə sərgilənən qədim eksponatlarla yaxından tanış olub, regionun minilliklərə söykənən tarixi irsi barədə ətraflı məlumat əldə ediblər.

Daha sonra müəllim və kursant heyəti qoruğun açıq səma altında qorunan qayaüstü rəsmlərini ziyarət edərək, burada əks olunan ibtidai insanların yaşayış tərzi, sənətkarlıq nümunələri və qədim təsvir sənətinin xüsusiyyətləri barədə məlumatlandırılıblar.

Səfər iştirakçılara Azərbaycan tarixinin ən qədim dövrlərinə səyahət etmək, Qobustanın dünya əhəmiyyətli mədəni irsi ilə tanış olmaq imkanı yaradıb. Bu cür maarifləndirici ziyarətlər kursantların bilik və dünyagörüşünün genişlənməsinə mühüm töhfə verir.








XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi