AZ | EN


Naxçıvan Hərbi Kollecində “Yeniyetmələrin vətənpərvərlik ruhunda formalaşmasında mütaliənin rolu” mövzusunda tədbir keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Naxçıvan Muxtar Respublikası Məmməd Səid Ordubadi adına Respublika Kitabxanasının və Naxçıvan Hərbi Kollecinin Kitabxanasının birgə təşkilatçılığı ilə “Yeniyetmələrin vətənpərvərlik ruhunda formalaşmasında mütaliənin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Məmməd Səid Ordubadi adına Respublika Kitabxanasının direktoru Tamella Əsgərova, Naxçıvan Hərbi Kollecinin kitabxana müdiri Nərmin Cəfərova, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublikası Respublika Kitabxanasının Oxuculara Xidmət Şöbəsinin müdiri Aysel Musayeva və kitabxananın Kütləvi İş Şöbəsinin müdiri Turqay Orucov çıxış ediblər.

Çıxışlarda mütaliənin əhəmiyyəti, kitab oxumağın şəxsiyyətin formalaşmasında və dünyagörüşünün inkişafında oynadığı roldan danışılıb, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində kitabın müstəsna rolunu vurğulanıb.

Tədbirin keçirilməsində əsas məqsəd kursantlarda kitab oxumağa marağı artırmaq, onların intellektual inkişafına töhfə vermək və asudə vaxtın daha səmərəli təşkilinə dəstək olmaq olub.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.








XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi