AZ | EN


Hərbi İdarəetmə İnstitutunun dinləyiciləri Daxili Qoşunların hərbi hissələrini ziyarət ediblər

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun "Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu"nun dinləyiciləri tədris proqramına uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrini ziyarət ediblər.

Ziyarətin əsas məqsədi dinləyicilərin dövlət müdafiəsi sisteminin tərkib hissələri ilə yaxından tanışlığı, müxtəlif təhlükəsizlik strukturlarının fəaliyyəti, idarəetmə prinsipləri və müasir əməliyyat imkanları barədə praktiki biliklərinin artırılması olub.

Hərbi hissələrdə keçirilən təqdimatlarda şəxsi heyətin hazırlığı, daxili təhlükəsizliyin təmin edilməsində qoşunların rolu, xüsusi təyinatlı bölmələrin fəaliyyət istiqamətləri və texniki təminat barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, dinləyicilərin sualları cavablandırılıb və xatirə şəkilləri çəkilib.








XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi