AZ | EN

Naxçıvan Hərbi Kollecinin kursantları yarış və müsabiqələrdə iştirak ediblər

Image

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi Beynəlxalq Tələbə - Gənclər Həftəsi çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları müxtəlif ekskursiya, yarış və müsabiqələrdə iştirak ediblər.

Tədbirlər planına uyğun olaraq kursantların dünyagörüşünün genişləndirilməsi və milli dəyərlərə bağlılığının möhkəmləndirilməsi məqsədilə Ordubad şəhərinə ekskursiya təşkil olunub. Səfər çərçivəsində onlar Qeysəriyyə Muzeyini, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeylərini, XVIII–XIX əsrlərə aid hamamı və Cümə məscidini ziyarət ediblər.

Həftə çərçivəsində keçirilən müxtəlif yarış və müsabiqələrdə kollecin kursantları uğurlu nəticələr əldə ediblər.

Belə ki, Gənclər


və İdman Nazirliyində təşkil olunan vətənpərvərlik mövzulu bədii qiraət müsabiqəsində kursant Havadar Dilavərli 2-ci yerə, "Nə? Harada? Nə zaman?” intellektual oyununda kollecin “Odlar yurdu” komandası 2-ci yerə, rəsm müsabiqəsində kursant Seymur Qasımov 3-cü yerə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində stolüstü tennis yarışında kursant Eldar Qulamov isə 2-ci yerə layiq görülüblər.

Sonda fərqlənən kursantlar və digər ali və orta ixtisas təhsili müəssisələrindən olan iştirakçılar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərman, diplom və hədiyyələrlə təltif olunublar.








XƏBƏR ARXİVİ

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi