AZ | EN


Naxçıvan Hərbi Kollecinin kursantları Heydər Əliyev Muzeyini ziyarət edib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları “Heydər Əliyev irsini öyrənirik” məşğələləri çərçivəsində Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Ziyarətin məqsədi kursantların Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, həyat yolu və fəaliyyət istiqamətləri haqqında biliklərinin artırılması, həmçinin onların milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi olub.

Muzeyin ekspozisiyaları ilə tanışlıq zamanı kursantlara Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, Azərbaycanın ictimai-siyasi inkişafında oynadığı müstəsna rol, müstəqil dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsində həyata keçirdiyi tarixi xidmətlər barədə geniş məlumat verilib.

Kursantlar Ulu Öndərin müxtəlif dövrlərə aid fotoşəkillərini, qiymətli arxiv materiallarını, şəxsi əşyalarını və dövlətçilik fəaliyyətini əks etdirən sənədləri diqqətlə müşahidə ediblər.

Kursantlar həmçinin Heydər Əliyevin həyat və fəaliyyəti barədə yazılmış kitablar, elmi əsərlər və xatirə nəşrləri ilə tanış olaraq Ulu Öndərin siyasi irsinin mahiyyəti, azərbaycançılıq ideologiyasının əsas prinsipləri və müasir dövlətçilik ənənələrinin formalaşmasında onun əvəzsiz rolu barədə məlumat əldə ediblər.

Muzey ziyarəti kursantlarda dövlətçilik tariximizə marağın daha da artırılmasına, milli ideyaya sədaqət ruhunun gücləndirilməsinə və onların ümummilli liderin irsini dərindən öyrənməsinə mühüm töhfə verib.

Sonda kursantların xatirə şəkli çəkilib.








XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi