AZ | EN


Hərbi İdarəetmə İnstitutunun dinləyiciləri Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsini ziyarət ediblər

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nun dinləyiciləri tədris proqramına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsini ziyarət ediblər.

Ziyarətin əsas məqsədi dinləyicilərin dövlət müdafiəsi sisteminin tərkib hissəsi olan “Fövqəladə hallar və mülkü müdafiə” ilə yaxından tanışlığı, fövqəladə hallar sahəsində idarəetmə, təhlükəsizlik, operativ qərarvermə və müasir əməliyyat imkanları barədə praktiki biliklərinin artırılması olub.

Görüş zamanı dinləyicilərə hərbi hissənin fəaliyyəti, şəxsi heyətin hazırlıq səviyyəsi, müasir xilasetmə və fövqəladə vəziyyətlərə reakiya imkanları barədə ətraflı məlumat verilib. Həmçinin xüsusi texnikalar, avadanlıqlar və qüvvələrin əməliyyat hazırlığı nümayiş etdirilib.

Tədbir çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, dinləyicilərin sualları cavablandırılıb və xatirə şəkilləri çəkilib.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi