AZ | EN


Naxçıvan Hərbi Kollecində praktiki dərslər davam edir

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisası üzrə təhsil alan kursantlarla “Əməliyyat sistemləri və şəbəkə avadanlıqları” mövzusunda praktiki dərs keçirilib.

Tədris prosesinin əsas məqsədi kursantların əməliyyat sistemlərinin quruluşu, idarə edilməsi və şəbəkə avadanlıqlarının funksional xüsusiyyətləri barədə biliklərinin artırılması, eləcə də praktiki bacarıqlarının formalaşdırılması olub.

Dərs zamanı müasir şəbəkə infrastrukturunda istifadə olunan avadanlıqlar – kommutatorlar, server sistemləri və digər texniki vasitələr haqqında ətraflı məlumat verilib.

Mövzu üzrə nəzəri biliklər real nümunələr əsasında tətbiq olunaraq kursantların praktik hazırlığının gücləndirilməsinə xüsusi diqqət yetirilib. Şəbəkə konfiqurasiyasının qurulması, təhlükəsizlik parametrlərinin tənzimlənməsi və əməliyyat sistemlərinin idarəolunması üzrə nümunələr üzərində nümayişlər keçirilib.

Dərsin praktiki şəkildə təşkili kursantların peşə hazırlığının artırılmasına, informasiya-kommunikasiya texnologiyaları sahəsində müasir tələblərə cavab verən bilik və bacarıqların aşılanmasına mühüm töhfə verib.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi