AZ | EN


Naxçıvan Hərbi Kollecinin kursantları sərgini ziyarət edib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları “Konstitusiya və Suverenlik İli” münasibətilə təşkil olunan “Füyuzat” jurnalının üz qapaqlarından ibarət sərgini ziyarət ediblər.

Sərgidə kursantlara Azərbaycan mətbuatının inkişafında xüsusi yeri olan “Füyuzat” jurnalının yaranma tarixi, ideoloji istiqamətləri və milli maarifçilik hərəkatındakı rolu barədə geniş məlumat verilib.

Tədbirdə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun direktoru və əməkdaşları, həmçinin tarix elmləri doktoru, professor Sevinc Abbasova çıxış edərək jurnalın tədqiqat dəyəri, milli düşüncənin formalaşmasındakı əhəmiyyəti və müasir dövrdə ideoloji baxımdan aktuallığı barədə kursantları məlumatlandırıblar.

Çıxışlar zamanı “Füyuzat” məktəbinin Azərbaycan publisistikasının inkişafına verdiyi töhfələr, milli kimlik, vətənpərvərlik və maarifçilik ideyalarının gənc nəslin dünyagörüşündə yaratdığı təsirlər xüsusi vurğulanıb. Kursantlar sərgidə nümayiş olunan nadir üz qapaqları və arxiv materialları ilə yaxından tanış olaraq jurnalın tarixi irsi haqqında daha dolğun təsəvvür əldə ediblər.

Sonda sərgi nümayəndələri və kursantlar birlikdə xatirə şəkli çəkdiriblər.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi