AZ | EN


Hərbi Liseydə intellektual bilik yarışması-viktorina keçirilib

Image

Hərbi Liseydə intellektual bilik yarışması-viktorina keçirilib

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Konstitusiya və Suverenlik ili çərçivəsində "Zəfər ətirli 5 il" adlı intellektual bilik yarışması-viktorina keçirilib.

Viktorinanın məqsədi kursantların intellektual bilik səviyyələrinin yüksəldilməsi, komandada işləmək bacarıqlarının artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi olub.

Viktorinada Hərbi Liseyin kursantlarından ibarət "Zəfər", "Hədəf, "Hünər", "Zirvə" və "Dəmir yumruq" adlı komandalar sualları cavablandırıblar.

Gərgin mübarizə şəraitində keçən viktorina münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Komandalar arasında "Zəfər" komandası daha fəal iştirak edərək viktorinanın qalibi olub.

Sonda qalib komandanın üzvləri Hərbi Liseyin rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Bundan əlavə olaraq komandaların kapitanlarına liseyin şəhid məzunlarının qol saatları keçici hədiyyə olaraq təqdim olunub.









XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi