AZ | EN


Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib

Image

Cari ilin hazırlıq planına əsasən, dekabrın 9-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən mərkəz rəisi polkovnik Nizami Mövlanov tədbir iştirakçılarını salamlayaraq, ordu quruculuğu sahəsində təcrübəli kadr potensialının artırılmasının qarşıya qoyulan vacib tapşırıqlardan biri olduğunu qeyd edib, kursu müvəffəqiyyətlə bitirən hərbçilərə bundan sonrakı xidmət dövründə uğurlar arzulayıb. 

Dinləyicilər kurs müddətində onlara göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını qeyd ediblər.
Sonra zabit təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirən, təlim və tədrisdə yüksək nəticələr əldə edən dinləyicilərə fəxri fərman və sertifikatlar təqdim olunub, kurs birincisi mayor Pərviz Quliyev tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi