AZ | EN


Heydər Əliyev adına Hərbi İnstitutda ingilis dilində intellektual bilik yarışması-viktorina keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Qələbəmizin 5-ci il dönümü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Güclü bilik, böyük qələbə" adlı ingilis dilində intellektual viktorina keçirilib.
Hərbi İnstitutun Xarici dillər kafedrasının ingilis dili silsiləsi tərəfindən təşkil edilən viktorinada Hərbi İnstitutun hazırlıq kursunun "Xarıbülbül", 1-ci kursun "Şuşa" və 2-ci kursun isə "Dəmir yumruq" adlı komandaları iştirak ediblər.
Viktorina zamanı iştirakçılar ingilis dilində müxtəlif sahələri əhatə edən açıq tipli sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdiriblər.
Viktorinanın məqsədi kursantların intellektual bilik səviyyələrinin yüksəldilməsi, komandada işləmək bacarıqlarının artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi olub.
Gərgin mübarizə şəraitində keçən viktorina münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Komandalar arasında "Şuşa" komandası daha fəal iştirak edərək viktorinanın qalibi olub.
Sonda qalib komanda və viktorinanın fəalları Hərbi İnstitutun rəhbərliyi tərəfindən kubok, sertifikat və fəxri fərmanla təltif ediliblər.








XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi