AZ | EN


"Briqadanın hava hücumundan müdafiəsi üzrə ixtisasartırma kursu"nun buraxılış mərasimi keçirilib

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda “Briqadanın hava hücumundan müdafiəsi üzrə ixtisasartırma kursu”nun 2-ci buraxılışına həsr olunan mərasim keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Elnur Ələsgərli çıxış edərək kursu bitirən zabitləri Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinin təbriklərini çatdırıb, “Xidmətboyu təhsil konsepsiyası” çərçivəsində Azərbaycan Ordusununa peşəkar və dövrün tələblərinə uyğun zabit kadrlarının hazırlanmasının əsas prioritet olduğunu qeyd edib. O, kursun hərbi təhsil sistemində aparılan islahatlar nəticəsində reallaşdığını, verilmiş təhsilin müasir müharibələrin aparılma formalarının öyrənilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb, kursun təşkili və tədrisdə əməyi keçən zabit və professor-müəllim heyətinə öz təşəkkürünü bildirib.

Məzunlar adında çıxış edən mayor Xəyal Ənvərli tədris dövründə əldə etdikləri bilik və bacarıqlara yiyələnmələri üçün yaradılmış şəraitə və verilən təhsilə görə Milli Müdafiə Universitetinin və Hərbi İdarəetmə İnstitutunun rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlığını bildirib.

Sonda məzunlara sertifikatlar təqdim olunmuş və xatirə fotosu çəkilib.







XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi