AZ | EN


Kursantlar Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Ziyarət zamanı kursantlar Vətən müharibəsi dövründə düşməndən ələ keçirilmiş hərbi texnika, silah-sursat və digər qənimətlərlə yaxından tanış olublar.
Park ərazisində nümayiş etdirilən eksponatlar kursantlarda hərbi tariximiz, ordumuzun qazandığı şanlı Qələbə və Azərbaycan Silahlı Qüvvələrinin döyüş gücü haqqında dolğun təsəvvür formalaşdırıb. Eyni zamanda, bu ziyarət kursantların vətənpərvərlik ruhunun yüksəldilməsinə, hərbi biliklərinin artırılmasına mühüm töhfə verib.
Sonda kursantlar parkda yaradılan şəraitdən məmnunluq ifadə edərək, bu cür maarifləndirici ziyarətlərin əhəmiyyətini vurğulayıblar.








XƏBƏR ARXİVİ

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi