AZ | EN


Kursantlarla praktiki məşğələlər davam edir

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin 2-ci kursunda təhsil alan kursantlar Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində “Hərbi gəmilərin və uçan aparatların işıqları və işarələri” mövzusunda keçirilmiş praktiki məşğələlərə cəlb edilib.

Məşğələlər zamanı kursantlara hərbi gəmilərdə və uçan aparatlarda istifadə olunan işıq siqnallarının, tanınma nişanlarının və xəbərdarlıq işarələrinin təyinatı əyani şəkildə izah olunub, nəzəri biliklər real şəraitdə tətbiq edilib, kursantların peşə hazırlığının artırılması və praktiki bacarıqlarının möhkəmləndirilməsi məqsədilə interaktiv izahlar və nümayişlər həyata keçirilib.

Praktiki hissədə kursantlar müxtəlif vəziyyətlərdə tətbiq edilən işıq və işarələrin oxunması, fərqləndirilməsi və düzgün şərh edilməsi üzrə tapşırıqlar yerinə yetiriblər.

Təlim prosesində kursantların fəallığı təmin olunub, suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.







XƏBƏR ARXİVİ

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi