AZ | EN


Hərbi İdarəetmə İnstitutunun dinləyiciləri "Teleradio" MMC-nin fəaliyyəti ilə tanış olublar

Image

Milli Müdafiə Universitetinun tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun "Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu"nun dinləyiciləri tədris proqramına uyğun olaraq "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" Məhdud Məsuliyyətli Cəmiyyətə tanışlıq səfəri həyata keçiriblər.

Ziyarət çərçivəsində dinləyicilərə cəmiyyətin fəaliyyəti, struktur bölmələri, televiziya və radio istehsal prosesi, informasiya siyasətinin formalaşdırılması və ictimai rəyin idarə olunmasında medianın rolu barədə ətraflı məlumat verilib.

Görüş zamanı müasir informasiya mühiti, strateji kommunikasiya, dövlət maraqlarının informasiya məkanında qorunması və milli təhlükəsizliyin təminində medianın əhəmiyyəti mövzularında fikir mübadiləsi aparılıb.

Ziyarət dinləyicilərin strateji idarəetmə, informasiya təhlükəsizliyi və dövlət-milli maraqlar kontekstində media mexanizləri haqqında biliklərin artırılmasına xidmət edib.

Sonda ziyarətçilərə hədiyyələr təqdim olunub və xatirə fotosu çəklib.








XƏBƏR ARXİVİ

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi