Kursantlar Milli Xalça muzeyini ziyarət ediblər
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı kursantlara muzeydə nümayiş etdirilən nadir xalça nümunələri, Azərbaycan xalçaçılıq sənətinin tarixi inkişaf mərhələləri, bölgələr üzrə formalaşmış xalça məktəbləri və bu sənətin milli-mədəni irsimizdə tutduğu mühüm yer barədə ətraflı məlumat verilib.
Ekskursiya çərçivəsində kursantların milli dəyərlərə bağlılıq hissinin gücləndirilməsi, tarixi-mədəni irsimizin qorunması və təbliğinin əhəmiyyəti xüsusi vurğulanıb.
Keçirilən ziyarət kursantların dünyagörüşünün genişlənməsinə və milli-mədəni biliklərinin zənginləşdirilməsinə xidmət edib.












