AZ | EN


Kursantlar Azərbaycan Milli Tarix Muzeyini ziyarət ediblər

Image

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları milli-mənəvi irsimizin öyrənilməsi və tarixi biliklərinin artırılması məqsədilə Azərbaycan Milli Tarix Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı kursantlar Azərbaycan tarixinin qədim dövrlərindən müasir mərhələyədək olan inkişaf yolunu əks etdirən zəngin ekspozisiya ilə yaxından tanış olub, xüsusilə Azərbaycan Ordusunun formalaşması, hərbi ənənələrin inkişafı və müstəqillik dövründə əldə olunan nailiyyətlər barədə maraqlı məlumatlar əldə ediblər.

Bu cür maarifləndirici ziyarətlər kursantlarda vətənpərvərlik ruhunun güclənməsinə, tarixi yaddaşın möhkəmlənməsinə və milli dəyərlərə hörmət hissinin aşılanmasına mühüm töhfə verir.








XƏBƏR ARXİVİ

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan Respublikasının
Prezident Administrasiyası

Azərbaycan Respublikasının
Milli Məclisi

Azərbaycan Respublikasının
Nazirlər Kabineti

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi